1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəedici vəzifələrdə 25 ildən artıq təcrübəyə malikdir.
1994-cü ildə Azərbaycanda, Bakı şəhərində “Narimanfilm” kinostudiyasının əsasını qoymuşdur. Şirkətin filialları həmçinin Russiya, BƏƏ və Polşada fəaliyyət göstərir. “Narimanfilm” kinostudiyası bədii, qısametrajlı və sənədli filmlərin istehsalı, yuxarıda sadalanan ölkələrdə xətt prodüserliyi və Azərbaycan filmlərinin dünyada tanıdılması ilə məşğul olur, eləcə də onlayn kinoteatrı (VOD platforma – Azcinemaonline) idarə edir.
2005-ci ilin sentyabr ayında “Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası”– nın (IFA-SC) həmtəsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur, oktyabr ayından isə həmin qurumun İdarə Heyətinin sədridir.
2012-ci ilin iyun ayında “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin həmtəsisçilərindən biri olmuş və sədr müavini seçilmişdir. Həmin ilin iyul ayında isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının həmtəsisçilərindən biri, idarə heyəti üzvü və katibidir.
1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.
1 May 2019-cu ildə yaradılan “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisidir.
27 Noyabr 2020-cu ildə “Kinematoqrafiya uğurlarına görə” Global Film Festival Noida beynəlxalq mükafatı ilə təltif olunmuşdur.
19 Oktyabr 2021-ci ildə “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri seçilmişdir.
O, bir neçə bədii, qısametrajlı və sənədli filmlərin prodüseridir.
Filmoqrafiya
“Min” (2001, Moskva) - prodüser
“Dağın nəvəsi” (2002-2006, Bakı) - prodüser
“Mən quşları xatırlayıram”… (2002, Moskva) - prodüser
“Məhsuldar torpaqlarda” (2006, Bakı) - prodüser
“Qobustana qayıdış” (2007, Bakı) - prodüser
“Pəri–Qala” (2007, Bakı) - prodüser
“Mənim məktəbim” (2008, Bakı) - prodüser
“Sahə” (2010, Bakı) – prodüser. Film 2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasına göndərilmişdir.
“Sərnişin” (2013, Bakı) - prodüser
“9x9” (2013, Bakı/ Verona) - prodüser
“Süküt Pozuntusu” (2013, Bakı) - prodüser
“İkinci güllə” (2017, Bakı) - prodüser
“Dəniz suyu içən it” (2017, Bakı) - prodüser
“Estakada” (2019, Bakı) - prodüser
“Junga” (2018, Bakı/ Tamil) – xətt prodüser
“Kempegowda 2” (2019, Bakı/ Kannada) – xətt prodüser
“Vinaya Vidheya Rama” (2019, Bakı/ Teluqu) – xətt prodüser
“ABCD” (2019, Bakı/ Teluqu) – xətt prodüser
“Nikhil Mudra” (2019, Bakı/ Teluqu – xətt prodüser
“Action” (2019, Bakı/ Tamil) – xətt prodüser
“90 ML” (2019, Bakı/ Teluqu) – xətt prodüser
“Oxemberg” TVC (2019, Bakı/ Mumbay) – xətt prodüser
“Thalli Pogathey” (2019, Bakı/ Tamil) – xətt prodüser
“Fəridə” (2020, Bakı/ Sankt-Peterburq) - prodüser