Antonionun Sindromu
1970-ci ilin Sentyabr ayında qanı qaynayan 20 yaşlı 68-ci il aktivisti Antonio Soris anasının maşını ilə Romadan Afinaya səyahət edir. Cibində az pul ilə getsə də, o, qəlbində dünyanı öyrənmək üçün alov kimi yanan bir arzu daşıyır. Getdiyi yer təsadüfən seçilməmişdir. Antonio Platonun mifi dalınca gedir və inanır ki (və ya heç olmasa ümid edir), o, Yunanıstanda bilik mənbəyi sayılan Platonun kölgələr mağarasını tapacaq. Bu tədqiqat məqsədli səyahət Antonionu Platonun kölgələr mağarasına aparmasa da, ona Maria adlı yunan qızını tanıma və onunla böyük bir məhəbbət yaşama fürsətini verəcəkdir.