İçəri Şəhər

Azərbaycanda böyüyən Arzu adlı gənc qız piano müəlliməsinin oğlu olan Qarabağ müharibəsi veteranı Rafaelə vurulur. Arzudan yaşca iki dəfə böyük olan və müharibənin ona verdiyi zədələrdən azad ola bilməyən Rafael, ona “şikəst” kimi baxan bir cəmiyyətdə yaşamağa məcbur edilir. Qadınları sərt şəkildə dar bir çərçivə ilə məhdudlaşdıran həmin repressiv cəmiyyətdən qaçmaq imkanı olmayan Arzu öz ailəsi və dostları əvəzinə Rafaeli seçir. Arzunun anası tərəfindən hədələnən Rafael öz incə ruhundan əmələ gəlmiş müdrikliyin ona göstərdiyi yol ilə məhəbbətini qurban verir.

Film haqqında məlumat

Il:

2016

Ölkə:

Azərbaycan

Rejiser:

İlqar Safat