news

"Salam" Beynəlxalq Yeniyetmə Kino Festivalını keçiriləcək

2019-cu il sentyabrın 2-dən 5-dək olan tarixlərdə "Narimanfilm" kinostudiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, AR Kinematoqrafçılar İttifaqının dəstəyi və "Pasha Holding" MMC-nin və bir çox digər təşkilatların sponsorluğu ilə "Salam" Beynəlxalq Yeniyetmə Kino Festivalını keçirir. Festivalda 300-ə qədər 13-17 yaş həddini əhatə edən yeniyetmə iştirak edəcək. Festivala 10-a yaxın xarici ölkədən olan gənclər dəvətlidirlər. Festival ərəfəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrini seyr edəcək, onları müzakirə edəcək və jüri kimi səs verərək qalibləri müəyyən edəcəklər. Bu günlərdə filmlərin nümayişləri, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar həyata keçiriləcək. "Salam" Beynəlxalq Yeniyetmə Kino Festivalının əsas məqsədi gəncliyimizin milli-mənəvi və ümümdünya dəyərlərinə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, vətənimizin mədəniyyətinin təbliği, həmçinin, festivalın xarici iştirakçılarının vasitəçiliyi sayəsində dünya ölkələrində Azərbaycan haqqında müsbət ictimai fikrin formalaşmasına yardımçı olmaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizi 2 sentyabr 2019-cu il tarixində saat 11.00-da CinemaPlus Amburan Mall-da baş tutacaq Festivalın Açılış Mərasiminə dəvət edirik. Açılış mərasimində AR Mədəniyyət Nazirliyinin əməkdaşları, bir neçə xarici ölkələrin Azərbaycandakı Səfirləri və ölkəmizin görkəmli ictimai xadimləri iştirak edəcəklər. Akkreditasiya keçmək üçün 25.08.2019 tarixinədək Narimanfilm kinostudiyasına müraciət etmək lazımdır(əlaqə nömrəsi: +99412 5643809, +994556716335).